Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Dekabr 2018 09:25

MOİK idmançılarının növbəti uğuru

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun pəhləvanları güləş üzrə Azərbaycan çempionatında uğurlu çıxış ediblər. Bakı İdman Sarayında keçirilən böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı dekabrın 18-də start götürüb. Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışlarda MOİK idmançıları ümumilikdə 14 medal qazanıblar.
Çempionatın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Güləşin bu növü üzrə ümumilikdə 10 çəki dərəcəsində, 206 pəhləvan qüvvəsini sınayıb. Gərgin mübarizə əzmində keçən görüşlərdə MOİK idmançılarından Rafiq Hüseynov  87 kq, Murad Bazarov isə 60 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Həmçinin Murad Məmmədov (63 kq) yalnız finalda uduzmaqla gümüş, Cavid Kazımov (77 kq) ilə Orxan Nuriyev (97 kq) bürünc medal qazanıblar. Rövşən İmranov (55 kq) isə bürünc uğrunda görüşdə məğlub olmaqla, yarışı 5-ci pillədə tamamlayıb.
Yarışın növbəti günündə idmançılar sərbəst güləş üzrə 9 fərqli çəki dərəcəsində mübarizə aparıblar. Ordu klubunun yetirmələri güləşin bu növü üzrə də müvəffəqiyyət qazanıblar.  Ümumilikdə 205 idmançının qüvvəsini sınadığı yarışlarda MOİK pəhləvanları 1 qızıl və 8 bürünc olmaqla, ümumilikdə 9 medal əldə ediblər. Bir çox ölkədaxili və beynəlxalq turnirlərdə uğurlu çıxış edən, ikiqat dünya çempionu Ağahüseyn Mustafayev bu turnirdə də etimadları doğruldub. O, 70 kq çəki dərəcəsində mübarizə aparan bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Digər MOİK idmançıları  Əfqan Xaşalov (57 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov, Pənah İlyaslı (70 kq), Nəsib İsayev, Coşqun Əzimov (74 kq), Orxan Abbasov (79 kq) və Teymuraz İsmayılov (125 kq) bürünc medal əldə ediblər.
Hərbçi idmançılarımız bu çempionatda da uğurlu çıxışları ilə yadda qaldılar. Hər iki güləş növü üzrə döşək üzərinə çıxan pəhləvanlarımız əzmkarlıq, mübarizlik, dözümlülük nümayiş etdirdilər. Turnirdən qızıl medalla qayıdan zabitlərimiz Rafiq Hüseynov və Ağahüseyn Mustafayevin qələbə sevincini bölüşmək və düşüncələrini qələmə almaq üçün onlarla həmsöhbət oluruq. Onların əzələli bədənləri, enli kürəkləri, qartal baxışları, şux duruşları  istənilən rəqibi vəlvələyə salacaq cəngavər görkəmi bağışlayır. Geydikləri hərbi mundirləri şux qamətlərini daha da cəlbedici edirdi.
İki dəfə Qızıl Qran-Pri qalibi, dəfələrlə Azərbaycan çempionu, Avropa çempionu, 2017-ci il İslam Həmrəyliyi Oyunlarının qalibi leytenant R.Hüseynovun  ata yolunun davamçısı olduğunu öyrənirəm.
"Çətin yarış oldu, rəqiblərimin hər biri peşəkar idmançıdır. Qalib gəldiyim üçün çox sevincliyəm. İdmanla ilk tanışlığım atamın sayəsində olub. İdman karyeramda atamı, Respublikanın əməkdar məşqçisi Radik Hüseynovu idealım seçmişəm. Elə ilk məşqçim də o olub. Bu gün qazandığım bütün qələbələrdə onun zəhmətinin bəhrəsi var.  Məşqlərə ilk başladığım gündən atama söz verdim ki, əzmkar, çalışqan olacaq, məqsədimə çatmaq üçün heç bir əziyyətdən çəkinməyəcəyəm. İdmana yeni başlayan hər kəs kimi mənim də çətin günlərim olub. Lakin heç vaxt həvəsdən düşməmişəm, əksinə, daha inamla məşqlərimi davam etdirmişəm. Bu günə kimi qazandığım bütün nailiyyətlər arasında ən yaddaqalanı 2015-ci ildə keçirilən hərbçilərarası Olimpiya çempionatında qalib olmağım olub. Həmin turnirdə Mərkəzi Ordu İdman Klubunun adından çıxış edirdim. Yarışın sonunda bizi təbrik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov mənə qələbəm münasibətilə leytenant hərbi rütbəsi təqdim etdi. Bu mükafatın yaşatdığı sevinc, qürur digər bütün qələbə sevinclərini qabaqladı, yaddaşımda silinməz iz buraxdı."
Rafiq şərəfli peşə sahibi olduğu üçün daim qürur duyduğunu vurğulayaraq ürəyində coşan bir arzusunu da dilə gətirdi:
- Digər idmançılardan fərqli olaraq bizim həm məsuliyyətimiz, həm də qürurumuz ikiqatdır. Çünki biz həm də hərbçiyik, müqəddəs peşə sahibiyik. İşğal altında olan torpaqlarımızın azad olunması üçün döyüşlərə atılmağa hər an hazırıq. Ən böyük arzum idman arenalarında ucaltdığım üçrəngli bayrağımızı tezliklə Qarabağda, zəfər bayramında dalğalandırmaqdır.
Rafiqin bu arzusunun tez zamanda reallaşacağı hər kəsə bəllidir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, ordumuzun gücü və qüdrəti əminliklə deməyə əsas verir ki, ərazi bütövlüyümüz nəyin bahasına olursa-olsun, təmin ediləcək.
Daha bir qızıl medal mükafatçısı olan, istər ölkədaxili, istərsə də beynəlxalq turnirlərdə dəfələrlə üçrəngli bayrağımızı ucalarda dalğalandıran idmançımız leytenant Ağahüseyn Mustafayev Azərbaycan Ordusunun zabiti olduğu üçün fəxr etdiyini vurğuladı. Qeyd edim ki, Ağahüseyn hərbçilər arasında keçirilən Dünya çempionatının 2 dəfə qızıl, 2 dəfə gümüş, 2 dəfə bürünc medalını qazanıb. Həmçinin hərbçilərarası  Avropa çempionatının və Olimpiyadanın qalibi də olub. "Ürəyi Vətən sevgisi ilə döyünən bir gənc üçün sevindirici haldır ki, həm şanlı ordumuzun sıralarında xidmət edir, həm də ölkənin idman şərəfini daha da ucaltmaq üçün mübarizə aparır. Xoşbəxtəm ki, bu vəzifələrimin öhdəsindən layiqincə gəlirəm. Heç zaman unutmuram ki, əsas vəzifəmiz işğal altında olan torpaqlarımızın azad olunmasıdır. Hərbçilər arasında iki dəfə dünya çempionu, bir sıra beynəlxalq turnirlərdə qalib olmuşam, lakin bir zabit kimi əsas məqsədim düşmən üzərində qəlbə qazanmaq, üçrəngli bayrağımızı Şuşaya, Laçına, Kəlbəcərə... sancmaqdır", - deyə zabit bildirdi.
Leytenant A.Mustafayevin dedikləri bir daha sübut edir ki, hansı fəaliyyətlə məşğul olmasından asılı olmayaraq bütün gənclərimizin ürəyində Qarabağ həsrəti alovlanır. Bu həsrətə Ağahüseynin, Rafiqin timsalında vətənpərvər, cəsur, mərd, igid oğullarımız son qoyacaq.
Yarışların gedişindən söz açan Ağahüseyn  ölkə çempionatının  bu dəfə də gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirdi: "Rəqabətin səviyyəsi yüksək olduğu üçün yarışlara ciddi hazırlaşmışdım. Final qarşılaşmasının gərgin keçəcəyini bilirdim. Qalib olmaq üçün əzmkarlıq göstərməli, mübarizəni sona qədər aparmalısan. Rəqibim güclü idmançı idi. Görüşün əvvəlində bir neçə xal qabağa da keçmişdi. Lakin uduzmağı heç düşünmürdüm, son saniyəyə kimi var qüvvəmlə və inamla mübarizə apardım. İdmançı son ana qədər mübarizə aparmalı, ruhdan düşməməlidir. Qalib gələcəyimə inanırdım və özümü qələbəyə kökləmişdim. Bir idmançı üçün hər dəqiqənin, saniyənin böyük əhəmiyyəti olduğunu bir daha dərk etdim. Mübarizliyimi sona qədər davam etdirməyim, rəqibi texniki və sürət cəhətdən qabaqlamağım mənə qızıl medal qazandırdı. Onu da deyim ki, 2019-cu ildə bizi sınağa çəkəcək məsul yarışlar gözləyir. İkinci Avropa Oyunlarına, Avropa və dünya çempionatlarına, "Tokio-2020"-yə lisenziya qazandıran yarışlara yüksək səviyyədə hazırlaşmalıyıq. Bizə bəslənilən ümidləri doğrultmaq üçün bundan sonra da üzərimizdə səylə çalışacağıq".
İdmançılarımız ölkə səviyyəsində idmana göstərilən qayğının yüksək olduğunu deyərək, gənclərin inkişaf etməsi, uğur qazanması üçün hər sahədə istənilən şəraitin yaradıldığına görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Müsahiblərim onu da qeyd etdilər ki, hərbçilərimizin idmanla peşəkar səviyyədə məşğul olmasında Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun böyük rolu var. “MOİK-də peşəkar və təcrübəli məşqçilər tərəfindən yetişdirilən hərbçi-idmançılar müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Onlar Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında və digər beynəlxalq turnirlərdə ölkəmizə qələbə sevinci yaşadırlar. Həmçinin Azərbaycan milli yığma komandasının əksər üzvləri də Mərkəzi Ordu İdman Klubunun yetirmələridir.”
Gənclərimizin uğurlarına sevindikcə, fərəhdən gözlərin dolur, ölkənlə, ordunla, zabitinlə bir daha fəxr edirsən. Bu cür nailiyyətlər  onun göstəricisidir ki, ölkə rəhbərliyi tərəfindən hər bir vətəndaşa, hər bir peşə sahibinə yüksək diqqət və qayğı göstərilir, onların inkişafı üçün hər cür şərait yaradılır.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"