Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2023 13:33

"Azərbaycan Ordusu" qəzeti № 24 (2736)

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "dəyirmi masa" keçirildi...davamı



“Şəhidlərimizin qəhrəmanlıq yolunu Böyük Qələbə ilə tamamladıq”


Ötən əsrin 90-cı illərinin sonlarında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda apardığımız mübarizə salnaməsində 2016-cı ilin Aprel döyüşlərinin xüsusi yeri var. Bu döyüşlərdə qazanılmış qalibiyyət  2020-ci ilin Vətən müharibəsində tarixi Zəfərimizin başlanğıcı oldu...davamı



“Hazırlıqlı əsgər döyüş meydanında əzmkar olur”

Ordumuzun şəxsi heyətinin döyüş qabiliyyətinin artırılmasında fiziki hazırlığın rolu əvəzsizdir. Çünki fiziki cəhətdən hazırlıqlı əsgər döyüş meydanında daha əzmkar, daha iradəli olur. Ona görə də hərbi hissə və birləşmələrdə gənc əsgərlərin fiziki hazırlığına xüsusi önəm verilir. Hərbi hissələrdə şəxsi heyətin fiziki hazırlığının artırılması məqsədilə hərtərəfli şərait yaradılıb. Günün tələblərinə cavab verən idman şəhərcikləri salınıb. Geniş futbol meydançası, müasir idman qurğuları və avadanlıqları hərbçilərimizin istifadəsinə verilib...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı