Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2021 11:00

"Azərbaycan Ordusu" qəzeti № 24 (2532)

Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək

Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu xalqımızın Zəfər salnaməsini yazdı.

Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, Böyük Qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı...davamı




“Hazırlıqlı və peşəkar ordumuzun qarşısında tab gətirə bilmədilər”

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistana qarşı başladığı uğurlu əks-hücum əməliyyatı tarixi qələbəmizlə başa çatdı. Döyüşlərdə tətbiq edilən müasir silah və texnikalar qələbənin qazanılmasında xüsusi önəm daşıdı. 2016-cı ilin aprelində, 2018-ci ilin mayında olduğu kimi, 2020-ci ilin Vətən müharibəsində də Azərbaycan əsgəri əsl qəhrəmanlıq nümunəsi göstərərək adını Zəfər salnaməmizə qızıl hərflərlə yazdı. 44 günlük döyüşlər zamanı bütün dünya Azərbaycan xalqının birliyini, Azərbaycan Ordusunun qələbə əzmini, döyüş və mənəvi-psixoloji hazırlığını aydın şəkildə gördü...davamı



Qoşunların döyüş təminatının bir növü də kimya təminatı və kütləvi qırğın silahlarından qorunmaqdır

Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını saxlamaq və inkişaf etdirmək üçün ordusunu kütləvi qırğın silahları ilə təchiz etməkdədirlər. Son dövrlərdə baş vermiş lokal müharibələrdə kimyəvi və bioloji silahlardan istifadə faktlarının olması insanlar üçün böyük təhlükə törədən kütləvi qırğın silahlarından qorunma ilə bağlı məsələlərin aktuallığını daha da artırır...davamı



Tariximizin qanla yazılan səhifələri

Respublikamız yenidən müstəqilliyini qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Xalqımıza qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biri idi...davamı



Şükürbəylidə əsən yellərin qanadları yorulmamışdı...

Karxulu kəndini işğaldan azad etmişdilər. Hamısı bu qələbəni tam qələbənin tərkib hissəsi bilir, bir-birini təbrik edirdilər. Bu təbriklərin mahiyyəti "Sən mərdliklə döyüşdün" ehtiramıydı, "Sən igidsən, qardaş..." sevgisiydi. Necə gözəl anlarıydı, necə!..

Hərdən adama elə gəlir ki, zaman dayanıb - görməli olduğun işi görməyə tələsəndə, həsrətinə yetmə ərəfəsində, niyyətini gerçəkləşdirmək istəyəndə, ... düşüncələrində gözəgörünməz bir titrəyiş yaranır...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı