Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2019 10:19

"Azərbaycan Ordusu" qəzeti 20 iyul 2019-cu il №56 (2373)

Yüksək döyüş hazırlığı Qələbəyə zəmanətdir

Bir yay səhəri Vətənimizin  dağlar qoynunda yerləşən dilbər guşələrindən birindəyik. Günəşin doğmağına baxmayaraq, qızmar yay istisindən əsər-əlamət yoxdu. Təbiətin əsrarəngiz gözəlliyi ruhumu oxşayır, ona sığal çəkir. Dağ döşlərində, yal-yamaclarda bitən və minbir dərdə çarə olan şəfalı otlar, ətrafa yaşıllıq və əsrarəngiz gözəllik bəxş edən ağaclar, ormanlardan xışıltı ilə keçən yellər, bu yerləri dövrələyən dağlar, başımızın üstündə parlayan istisini bizdən əsirgəməyən Günəşin hərarətindən, göy üzünü örtməyə həvəsiyən buludların çəkingənliyi, bizi ovsunlayıb, özünə heyran edib. Sevdim bu yerləri, sevdalandım bu yerlərə...davamı




“Şərəfli peşəmlə qürur duyuram”

Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, gələcək nəsillərə ötürülməsi ondan da çətin və mürəkkəb prosesdir. Tarixən dövlətin ərazi bütövlüyünün qorunmasında güclü rəhbərlə yanaşı, güclü ordunun olması vacib amillərdəndir. Ordunun gücü sıralarında xidmət edənlərin ruh yüksəkliyindən, döyüş hazırlığından, qəlbində Vətən, millət sevgisi olan zabit, gizir və əsgərlərindən birbaşa asılıdır. Qəlbində Vətən sevgisi olan hər bir vətəndaş ordusu ilə qürur duyur, onun qüdrəti ilə öyünür...davamı




Üzü gələcəyə doğru

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, hərbi hissələrdə Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında məruzələr dinlənilib, filmlər, videoçarxlar təqdim olunub, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonun  İdeoloji və Mədəniyyət Mərkəzinin rayon mədəniyyət müəssisələri kollektivlərinin iştirakı ilə müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub...davamı




Ordumuzu layiqincə təmsil edəcəyik

Dünyanın ən güclü orduları sırasında olan Azərbaycan Ordusunun şəxsi heyəti keçirilən irimiqyaslı təlimlərdən əlavə, təşkil olunan beynəlxalq turnirlərdə də ölkəmizin müdafiə qabiliyyətini dünyaya nümayiş etdirir. Beynəlxalq Ordu Oyunlarında iştirak edən hərbi qulluqçularımız yüksək göstəricilər sərgiləyərək, üçrəngli bayrağımızı daim yüksəklərdə saxlayırlar. Bu növ beynəlxalq yarışlarda Azərbaycan Ordusunun iştirakı xarici ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsində, dostluq, rəqabət gücünün artırılmasında mühüm rol oynayır. Keçirilən yarışlarda hərbçilərimizin göstərdiyi nəticələr ordumuzun güclü ordular sırasında əbəs yerə olmadığının bariz nümunəsidir...davamı




“Əkinçi”ylə başlanan milli mətbuatımız

Bu gün Azərbaycan sivilizasiyaların qovuşduğu, bəşəriyyətin gələcəyi naminə açıq, konstruktiv dialoqların aparıldığı məkana çevrilib. Ötən yüzilliyin sonlarında müstəqilliyini  bərpa edən xalqımız əsrlər boyu qoruduğu milli dəyərləri və unikal xüsusiyyətləri bütün dünyaya təqdim etmək imkanı qazanıb. İndi artıq bizi hər kəs doğru-düzgün, olduğumuz kimi tanımağa, qəbul etməyə başlayıb. 28 illik müstəqilliyimiz dövründə əldə etdiyimiz uğurları gördükdə hər birimizin qəlbi fərəh hissi ilə döyünür...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı