Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2023 17:08

"Azərbaycan Ordusu" qəzeti № 11 (2723)

“Bağlı qapıları açan əsgərik!”

A dağlar, a dağlar, səndə nələr var? - sorğu deyil, dağı dağ eləyən ucalığa, vüqara, qürura, duruşa heyrətin, heyrət görkəmində sevginin ifadəsidi. Bu heyrətə, bu qürura söykənən hərbi xidmətin mənəvi ucalıq, mənəvi qürur olduğu ruhən duyulur. Duyursan, sənə elə gəlir ki, o vüqar ucalıqlara xidmət edənlərin vüqarıdı, dünyaya dağ görkəmiylə baxır...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: IX əsrdə Azərbaycanda xalq-azadlıq hərəkatı

Suallar:

1. IX əsrdə Azərbaycanda xalq-azadlıq hərəkatı.

2. Xürrəmilərin başçılığı ilə ərəb işğalçılarına qarşı mübarizə.

3. Xürrəmilər hərəkatının əhəmiyyəti...davamı



Milli Qəhrəman Mübariz İbrahimovun anım mərasimi keçirildi


Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar Heydər Əliyev adına Hərbi İnstitutda "Tənha savaşçı" adlı tədbir keçirildi. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə təhsil ocağının zabitləri, kursantları və müəllimləri iştirak etdilər...davamı



Bu dərd səni əyə bilməz, Türkiyəm!

Rekviyem

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsinə

Türkiyədə gecənin ilmələri düyün düşübmüş. Gecənin qaranlığını Ay da, ulduzlar da işıqlandırmırdı, torpağa sarılan qar qalağının ağlığı əridirdi. Körpələr ana laylalarıyla yuxulamışdılar. Uşaqlar yuxularında qar dizləyə-dizləyə həyətlərini dolaşırdılar, həyətlərindən həyətlərə keçirdilər, ayaqları altında qar xışıldaya-xışıldaya qar xışmalayırdılar. Əlini hovxura-hovxura qar topu düzəldirdilər, cavanlar sevdasını şeirləşdirirdi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı