Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2021 13:33

"Azərbaycan Ordusu" qəzeti № 11 (2519)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: “Bu zəfər tarixi zəfərdir”

Gün var, gətirdiyi sevinc sonrakı günlərin uğurunun başlanğıcı olur, həmin günün saatlarının, dəqiqələrinin xoş ovqatı zaman-zaman yaddaşlarda yaşadılır, yaşayır. Dövlətçiliklə, dövlətlə bağlı olan belə günlərin ovqatı bu gün üçün deyil, sabahlar üçündü. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paraddan hazırlanmış reportaj tarixi günün qürurunu 100 il sonra o qədər həssaslıqla yaşadırdı ki! Ordunun yaranması günü də dövlətçilik tarixidi...davamı




“Biz amalımıza çatmalıydıq – işğalda olan torpaqlarımızı azad etməliydik”

Tariximizin səhifələrinə qızıl hərflərlə yazılan Vətən müharibəsi hər bir azərbaycanlının yaddaşında silinməz izlər qoydu. 44 günlük müharibədə hərbçilərimiz qəhrəmanlıq salnaməsi yazaraq, qısa vaxtda işğalçı düşmənin təcavüzünə son qoydu. Qəlbində Vətən sevgisi olan igidlərimiz döyüş meydanında sürətlə irəliləyərək, ermənilərin torpaqlarımızda yaratdıqları müvəqqəti mövqelərini darmadağın etdilər. Qarşısında cəsur əsgərlərimizi görən mənfur düşmən vahimə içində geri çəkilməyə məcbur oldu. Bütün dünya Qarabağda baş verən hadisələri izləyərək, işğalda olan torpaqların bizim üçün nə qədər müqəddəs olduğunun şahidi oldu...davamı




Heç kim unudulmur, heç nə yaddan çıxmır

Zaman ötür. İllər tarixləşir. Baş verən hadisələrin bəziləri xalqın yaddaşında əbədiləşir. Belə tarixi hadisələr həmişə xatırlanır. Unudulmayan o tarixi hadisələrin iştirakçılarının ömür yoluna işıqlı ömür yolu deyirik. Şəhid olanlara ehtiramımız daha böyük olur.
29 oktyabr 1991-ci ildə AN-2 təyyarəsi 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxmış, Xocalı aeroportunda enmişdi. Həmin gün təyyarə dönüşündə Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən Alazan raketi ilə vurulmuşdu. Bu faciənin qurbanlarından biri Əhmədağa Baxşıyev 1958-ci il aprelin 4-də Ucar rayonunun Alıkənd kəndində anadan olmuşdu...davamı




Donvurmaların qarşısının alınması üçün  mütəmadi işlər aparılır

Qış mövsümü ərzində şəxsi heyət arasında rast gəlinən xəstəliklərdən biri də donvurmadır. Donvurma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Ona, adətən, bədənin açıq yerləri - burun, qulaq və ətraflar məruz qalır. Soyuq və şaxtalı havalarda dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəslə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar donmaya əlverişli şərait yaradır. Buna görə də bu xəstəliklərin qarşısının alınması üçün Azərbaycan Ordusunda mütəmadi olaraq profilaktik tədbirlər kompleksi həyata keçirilir...davamı




“Ruhumuzla, bütün varlığımızla xalqımızla bir sırada nəfəs alırdıq”

Müharibənin ilk günündən xalqla sevincini bölüşən Ali Baş Komandan "Qarabağ Azərbaycandır!" deyirdi. Xalq da, ordu da Vətən müharibəsində ölkə başçısını - Ali Baş Komandanını dəstəkləyərək, bu savaşa bir şüar və bir amalla getdi  - "Qarabağ Azərbaycandır!".
Bu şüarla döyüşlərə qatılan oğullarımızdan biri ilə - əsgər Orxan Məmmədovla  "N" hərbi hissəsində həmsöhbət olduq...davamı


"Azərbaycan Ordusu" qəzetinin tam variantı