Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Yeni əsgər yataqxanası istifadəyə verilib 23 İyun 2016 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissə və obyektlərdə tikinti və yenidənqurma işləri davam etdirilir.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib 23 İyun 2016 09:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub 23 İyun 2016 09:00

İyunun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Əməliyyat-taktiki fakültəsinin, həmçinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun buraxılışına həsr olunan mərasim keçirilib.

NATO Müdafiə Kollecinin nümayəndə heyəti ölkəmizdə səfərdədir 22 İyun 2016 09:00

Roma (İtaliya Respublikası) şəhərində yerləşən NATO Müdafiə Kollecinin 31 dövləti təmsil edən, 114 nəfərdən ibarət "Ali kurs" dinləyicilərindən ibarət nümayəndə heyətinin iyun 22-dən Azərbaycana akademik səfəri başlayıb.

Müdafiə naziri operativ-taktiki təlimlərin döyüş atışlı mərhələsini izləyib 22 İyun 2016 09:00

Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsində idarəetmə orqanları, birlik, birləşmə, həmçinin hərbi hissələrin cəlb olunduğu operativ-taktiki təlimlərin iyunun 22-də döyüş atışlı mərhələsi keçirilib.

Monitorinq baş tutdu 22 İyun 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 22-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 21 İyun 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 22-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 20 İyun 2016 09:00

İyunun 20-dən 24-dək Latina şəhərində (İtaliya Respublikası) effektiv görüntülü icra və nəzarət modulu üzrə icraedici kursu və NATO-nun kommunikasiya və informasiya sistemləri mövzusunda kurs, iyunun 20-dən 25-dək Tulon şəhərində (Fransa Respublikası) NATO-nun "MAREVAL" kursunda zabit-təlimatçı qismində iştirak, iyunun 20-dən 30-dək Gelzenkirxen şəhərində (Almaniya Federativ Respublikası) Vyana-11 sənədi üzrə beynəlxalq kurs, iyunun 20-dən iyulun 1-dək isə Tbilisi şəhərində (Gürcüstan) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması kursu keçirilir.

"İŞIK-2016" təlimləri başlayıb 20 İyun 2016 09:00

Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən iyunun 20-dən "İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb.

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib 20 İyun 2016 09:00

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib.