Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"TURAZ Şahin"-ləri birgə əməliyyat keçirib 22 Mart 2016 09:00

Türkiyənin Konya şəhərində keçirilən «TURAZ Şahini - 2016» birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçirib.

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilib 21 Mart 2016 09:00

Müdafiə nazirinin tapşırığına əsasən Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil edilib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 21 Mart 2016 09:00

Martın 21-dən 25-dək Qori şəhərində (Gürcüstan Respublikası) "Beynəlxalq həftə" tədbiri, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) NATO qüvvələrinin qorunması və NATO qərargah zabitləri üçün tanışlıq kursları, martın 21-dən iyunun 9-dək isə Nova Qoritsa şəhərində (Sloveniya Respublikası) orta səviyyəli ingilis dili kursu keçirilir.

Müdafiə naziri "Açıq qapı" günündə Qusar rayonunda olub 20 Mart 2016 12:00

Martın 20-də Novruz bayramı münasibəti ilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları, ictimaiyyət nümayəmdələri üçün "Açıq qapı" günü keçirilib.

"TURAZ Şahini - 2016" təlimlərində şərti düşmənin hərbi hava limanı məhv edilib - VİDEO 20 Mart 2016 11:00

Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir.

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir 20 Mart 2016 09:00

Xəbər verdiyimiz kimi bu gün saat 10.00-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub - VİDEO 19 Mart 2016 11:00

Martın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Martın 20-də Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçiriləcək 19 Mart 2016 09:00

Ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.

Məktəblilər Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət edən əsgər və zabitlərlə görüşüblər 19 Mart 2016 09:00

Novruz bayramı ərəfəsində respublikanın müxtəlif məktəblərinin şagirdləri Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində xidmət edən əsgər və zabitlərlə görüşüblər.

19 Mart 2016 09:00

Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2016-cı ilə dair birgə tədbirlər planına əsasən, hər iki qurumun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.