Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"TURAZ Şahini - 2016" təlimlərində ətrafı tanıma uçuşları keçirilib - VİDEO 12 Mart 2016 09:00

"TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir.

"Qarabağa yaz gələcək" devizi altında ordu ilə xalqın birlik bayramı keçirilib 12 Mart 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrdə Novruz bayramının keçirilməsi ilə bağlı tədbirlər planına əsasən ilk teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik mərasimi Xocavənd rayon icra hakimiyyəti ilə birgə təşkil edilib.

Müdafiə naziri cəbhəboyu zonada yeni tikilmiş daha iki hərbi hissənin açılışını edib 11 Mart 2016 09:00

Martın 11-də Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yeni inşa edilmiş növbəti iki hərbi hissənin açılışında iştirak edib.

Müdafiə naziri ön xətdə yerləşən hərbi hissələrdə olub 11 Mart 2016 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.

Düşmən mövqeləri darmadağın edilib 11 Mart 2016 09:00

Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.

Müdafiə naziri: "Əsas məqsədimiz düşməni darmadağın edib torpaqlarımızı işğaldan azad etməkdir" 10 Mart 2016 09:00

Cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışı olub.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub.

FTƏP və PAP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib 10 Mart 2016 09:00

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının NATO ilə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" (FTƏP) və "Planlaşdırma və Analiz Prosesi" (PAP) sənədlərinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.

Hərbi təhsil sistemi üzrə ekspertlərin işçi görüşü başlayıb 10 Mart 2016 09:00

Azərbaycanla NATO arasında birgə fəaliyyət planına uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-nun ekspert qrupunun iştirakı ilə işçi görüşü başlayıb.

"TURAZ Şahini-2016" taktiki-uçuş təlimlərinin açılış brifinqi keçirilib 10 Mart 2016 09:00

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TURAZ Şahini-2016" taktiki-uçuş təlimlərinin açılış brifinqi keçirilib.

Müdafiə naziri NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini ilə görüşüb 9 Mart 2016 09:00

Martın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini general Mirko Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.