Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikası Müdafiə nazirinin 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbriki 29 Dekabr 2015 09:00

Сənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.

KİV nümayəndələrinə akkreditə kartları təqdim olunub 26 Dekabr 2015 09:00

Müdafiə Nazirliyində akkreditə olunmuş kütləvi informasiya vasitələri nümayəndələrinin bir qrupuna dekabrın 26-da akkreditə kartlarının təqdim olunması mərasimi keçirilib.

Müdafiə naziri əsaslı təmir olunan yeni iki inzibati binanın açılışında iştirak edib 25 Dekabr 2015 09:00

Dekabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Şəxsi Heyət Baş İdarəsi və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin əsaslı təmir edilmiş binalarının açılışı mərasimində iştirak ediblər.

Düşmənə məxsus vurulan PUA-dan çəkilən kadrlar 25 Dekabr 2015 09:00

Erməni silahlı birləşmələrinə məxsus pilotsuz uçan aparatın guya vurulmadığı barədə erməni tərəfinin iddialarına cavab olaraq mövqelərimizə yaxınlaşan və çəkilişlər etməyə cəhd göstərən düşmən aparatının vurulma anı və kamerasından əldə edilmiş kadrları təqdim edirik.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 25 Dekabr 2015 09:00

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sistemində olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qərara alıram:

Düşmənin pilotsuz uçan aparatı məhv edilib 25 Dekabr 2015 09:00

Dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanaraq bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.

Naxçıvan şəhərində zabit ailələri üçün yeni xidməti yaşayış binası istifadəyə verilib 24 Dekabr 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Müdafiə naziri Moskva şəhərində ikitərəfli görüşlər keçirib 23 Dekabr 2015 09:00

Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 23-də Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Janıbek Kaparov ilə ikitərəfli görüşlər keçirib.

Azərbaycan Respublikasının Müdafiə naziri MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edib 23 Dekabr 2015 09:00

Dekabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

Azərbaycan və Rusiya Müdafiə nazirlərinin görüşü keçirilib 23 Dekabr 2015 09:00

Dekabrın 23-də Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.