Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Serj Sarkisyan dünya ictimaiyyətini aldadır 22 Dekabr 2015 09:00

Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın Moskva şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv təhlükəsizlik Şurasının növbəti sessiyasında populist çıxışı coğrafiyadan anlayışı olmayan, qeyri-adekvat şəxsin danışması təssüratını yaradır.

Azərbaycan Respublikasının Müdafiə naziri Moskva şəhərinə yola düşüb 22 Dekabr 2015 09:00

Dekabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının dekabrın 23-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib 20 Dekabr 2015 09:00

Ötən gün və gecə ərzində Silahlı Qüvvələrimizin bölmələri müxtəlif istiqamətlərdə düşmənin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər.

Hərbi qulluqçumuz həlak olub 18 Dekabr 2015 09:00

Dekabrın 17-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Kərimov Taleh Saleh oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub - VİDEO 17 Dekabr 2015 14:06

Daha bir yeni hərbi şəhərcik istifadəyə verilib - VİDEO 17 Dekabr 2015 11:02

Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib 17 Dekabr 2015 09:00

Dekabrın 17-də İstanbul şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında görüş keçirilib.

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib 17 Dekabr 2015 09:00

Dekabrın 17-də İstanbul şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

Əsgərimiz şəhid olub 17 Dekabr 2015 09:00

Dekabrın 16-da axşam saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub 16 Dekabr 2015 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.