Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub 9 İyul 2014 09:00

İyulun 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində təlimlər keçirilən hərbi hissələrdə olub.

Əsgərlər yüngül xəsarət alıb 9 İyul 2014 09:00

İyulun 8-də keçirilən təlimlər zamanı qumbara ilə ehtiyatsız davranma nəticəsində əsgərlər Həşimli Bəhram Məhərrəm oğlu, Məmmədov Orxan Allahverdi oğlu və Ağalarzadə Rəhimağa Əsgər oğlu yüngül xəsarət alıb.

Cəbhə bölgəsində irimiqyaslı təlimlər keçirilir - VİDEO 8 İyul 2014 12:30

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərin davamı olaraq iyulun 7-dən Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində irimiqyaslı təlimləri keçirilir.

Sülhməramlılarımız Əfqanıstana yola salınıb 8 İyul 2014 09:00

İyulun 8-də Bakıdakı "N" saylı hərbi hissədə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib.

Monitorinq baş tutdu 8 İyul 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 8-də Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı ilə görüş keçirilib 7 İyul 2014 09:00

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Məhəmməd Həsənov bir neçə gündür ki, Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən keçirilən hərbi vətənpərvərlik həftəsi çərçivəsində tədbirlərdə yaxından iştirak edir.

Təmas xəttində monitorinq keçiriləcək 7 İyul 2014 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 8-də Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 7 İyul 2014 09:00

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 8-dən 10-dək Leer şəhərində (Almaniya) Tibb xidməti əməliyyatları üzrə işçi görüşü, Bakı şəhərində Silahlara nəzarət üzrə ekspert görüşü, iyulun 9-dən 12-dək Minsk şəhərində (Belarus) "MİLEX-14" sərgisi keçiriləcək.

Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi yad edilib 5 İyul 2014 09:00

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Silahlı Qüvvələrdə keçirilən hərbi vətənpərvərlik həftəsi davam edir.

Murovdağ döyüşçülərinin şərəfinə xatirə abidəsinin açılışı olub 5 İyul 2014 09:00

Madafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Murovdağ şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin açılışı olub.