AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ankara şəhərində Azərbaycan-Türkiyə 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.
Dekabrın 12-si axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
Dekabrın 12-də Silahlı Qüvvələrin bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə keçirilən mərasimlərdə iştirak ediblər.
Dekabrın 12-si cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
Dekabrın 12-də Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib.
Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ilə görüşüb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 8-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 7-də xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib.
Cəbhə bölgəsində düşmənin mövqelərimizə hücumu zamanı 2015-ci ilin dekabr ayında şəhid olan Silahlı Qüvvələrimizin zabiti, baş leytenant Abdulla Molla oğlu Mollayevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından Müdafiə nazirinin əmri ilə təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal şəhidin il mərasimində onun ailəsinə təqdim edilib.