AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fevralın 1-də Ermənistan silahlı bölmələri avtomatik silahlardan və qumbaraatanlardan da istifadə etməklə cəbhə xəttində növbəti dəfə atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 fevral 2017-ci il tarixədək 79.544.198,44 AZN, 212.673,88 ABŞ dolları, 6235,69 avro və 5000,0 rubl vəsait daxil olub.
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.
Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və idarəetmə orqanlarında yeni tədris dövrü başlayıb.
Yanvarın 29-da sosial şəbəkələrdə və bəzi yerli elektron informasiya resurslarında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 107 və Böyük Vətən müharibəsində həlak olmasının 72 illiyi münasibətilə anma mərasimləri keçirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.