Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2017 16:20

Hərbi Akademiyanın dinləyiciləri üçün “Azərbaycanın hərbi-sənaye potensialı” mövzusunda praktiki məşğələ keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun tədris proqramına uyğun olaraq dinləyicilər üçün Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində “Azərbaycanın hərbi-sənaye potensialı” mövzusunda praktiki məşğələ keçirilib.
Dinləyicilərə nazirliyin strukturu, vəzifələri, müəssisələrdə istehsal olunan hərbi təyinatlı məhsullar haqqında məlumat verilib. Onlar hərbi təyinatlı məhsulların istehsalı prosesi və hazır məhsullarla tanış olublar.
Praktiki məşğələdə müasir müharibələrdə yüksək texnologiyalı silahların rolu vurğulanaraq qeyd olunub ki, ötən ilin aprel döyüşlərində Ordumuzun düşmən üzərində əldə etdiyi qələbə müdafiə sənayemizin bu cür silahların istehsalı sahəsindəki nailiyyətlərini nümayiş etdirdi.