Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycanın və Rusiyanın hərbi mütəxəssisləri arasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə işçi görüşü keçirilib 27 Aprel 2017 11:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rusiya Federasiyası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə mütəxəssislərin işçi görüşü keçirilib.

Azərbaycanın və Fransanın hərbi mütəxəssisləri arasında kibertəhlükəsizlik üzrə işçi görüşü keçirilir 27 Aprel 2017 10:45

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Fransa Respublikası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda kibertəhlükəsizlik üzrə mütəxəssislərin işçi görüşü keçirilir.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb 27 Aprel 2017 10:00

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Rusiyadan ölkəmizə müasir silah və hərbi texnikanın yeni partiyası gətirilib - VİDEO 26 Aprel 2017 19:29

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi beynəlxalq müdafiə sərgisində iştirak edib 26 Aprel 2017 18:54

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Xorvatiya Respublikasının Split şəhərində keçirilən 4-cü “Adriatik Dəniz Müdafiə və Hava Məkanı Sərgisi”ndə iştirak edib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir 26 Aprel 2017 13:00

Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 aprel tarixlərində Moskva şəhərində keçirilən VI Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Xorvatiyada səfərdədir 26 Aprel 2017 12:15

Xorvatiya Respublikasının müvafiq qurumunun dəvəti ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov aprelin 26-dan 28-dək bu ölkədə səfərdədir.

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək 26 Aprel 2017 09:55

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisində, qoşunların qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib 25 Aprel 2017 15:40

Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 25-ci ildönümünə həsr olunan tədbirdə iştirak edib.

Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahların, hərbi və xüsusi texnikanın nümayişi keçirilib 25 Aprel 2017 10:00

Mayın 1-dən 5-dək keçiriləcək Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərində istifadə olunacaq silahların, hərbi və xüsusi texnika nümunələrinin sərgisi keçirilib.