26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki bölmələrində əsgərlərlə görüş olub.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov çıxış edərək, əlamətdar gün münasibətilə əsgər və zabitləri təbrik edib.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənlinin, Naxçıvan Dövlət Universitetinin müəllimi Qurban Qurbanlının, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Asəf Orucovun, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin şöbə müdiri Nizami Əzizəliyevin çıxışları olub. Çıxış edənlər ölkəmizdə, o cümlədən muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, əsgər və zabitlərimizə ən səmimi arzularını çatdırıblar.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblinin solistləri tərəfindən şux mahnılar səsləndirilib.