Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb 27 Oktyabr 2016 09:00

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçumuz həlak olub 27 Oktyabr 2016 09:00

Oktyabrın 27-də saat 16.00 radələrində hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçumuz Miriyev Telman Mirbaba oğlu həlak olub.

Ermənilərin təxribatının qarşısı alınıb 27 Oktyabr 2016 09:00

Düşmən itki verərək geri çəkilibOktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər.

Azərbaycanın müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb 26 Oktyabr 2016 09:00

Oktyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Avropa orduları komandanlarının konfransında iştirak edir 25 Oktyabr 2016 09:00

Almaniya Federativ Respublikasının Vizbaden şəhərində "Varşava sammiti və sonrakı dövr" mövzusunda Avropa orduları komandanlarının konfransı keçirilir.

Bolqarıstanın kodifikasiya sisteminin imkanlarına və funksiyalarına dair təqdimat keçirilib 24 Oktyabr 2016 09:00

Azərbaycan və Bolqarıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Bolqarıstanın hərbi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Bakıda NATO-nun "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir 24 Oktyabr 2016 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir.

Ordu quruculuğu yeni mərhələdə - VİDEO 22 Oktyabr 2016 11:34

Ermənistan təbliğatı törədəcəkləri təxribatlara zəmin yaratmağa çalışır 22 Oktyabr 2016 09:00

Cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan təbliğatı tərəfindən ortaya atılan və bəzi yerli, eləcə də xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar məqsədyönlü xarakter daşıyır.

İran nümayəndə heyəti H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini ziyarət edib 21 Oktyabr 2016 09:00

Ölkəmizdə dostluq səfərində olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmilərinin heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.