Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2017 11:30

Silahlı Qüvvələrin Hərbi Akademiyasında təkmilləşdirmə və ingilis dili kurslarının növbəti buraxılışı keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının təkmilləşdirmə və ingilis dili kurslarının növbəti buraxılışı keçirilib.
Buraxılış mərasimlərində ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev çıxış edərək məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə akademiyanın professor-müəllim heyəti ilə yanaşı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Adam Kavlik də iştirak edib.
Kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub. Sonda məzunlarla xatirə şəkilləri çəkilib.