Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi qulluqçular müəllimləri peşə bayramları münasibətilə təbrik etmək üçün Cocuq Mərcanlıda olublar 5 Oktyabr 2017 19:01

Müdafiə Nazirliyinin və cəbhə bölgəsindəki hərbi birliyin bir qrup hərbi qulluqçusu Beynəlxalq Müəllimlər Günündə Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində olublar.

Hərbi topoqrafiya üzrə ekspertlərin görüşü keçirilib 5 Oktyabr 2017 17:47

Azərbaycan Respublikası və Rusiya Federasiyası müdafiə nazirliklərinin hərbi topoqrafiya ekspertlərindən ibarət heyətləri arasında Bakı şəhərində işçi görüşü keçirilib.

Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbirlər keçirilib 5 Oktyabr 2017 17:26

Oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə pedaqoji heyətin iştirakı ilə təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyi “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulunu elan edir 5 Oktyabr 2017 10:14

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq “Ehtiyat zabit hazırlığı kursu”na namizədlərin qəbulu elan edilir.

Hərbi Akademiyada Pakistan nümayəndə heyəti ilə görüş keçirilib 4 Oktyabr 2017 18:26

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış protokola əsasən Pakistan Milli Müdafiə Universitetinin nümayəndəsi general-mayor Fayyaz Hüseyn Şahın rəhbərlik etdiyi heyət Bakıda səfərdədir.

"Azərbaycan Ordusu" qəzeti - №74 (2191) 4 Oktyabr 2017 15:26

Ömür yoluVətən sevgisi...

Azərbaycan HDQ-nin gəmiləri İrana dostluq səfərinə gedib - VİDEO 3 Oktyabr 2017 15:54

Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib.

Ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib 3 Oktyabr 2017 11:36

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir.

HDQ-də NATO qiymətləndirməsinə hazırlıq üzrə məşqlər keçirilir 2 Oktyabr 2017 13:18

Hərbi Dəniz Qüvvələrinin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin hazırlıq məşqləri keçirilir.

Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 2 Oktyabr 2017 11:46

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 oktyabr 2017-ci il tarixədək 85.239.254,73 AZN, 212.873,88 ABŞ dolları, 8636,0 avro və 5000,0 rubl vəsait daxil olub.