AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü qeyd olunur.
Ali Baş Komandan İlham ƏLİYEV:
İyunun 21-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində iştirak edib.
2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Orduda ərazidə kompüter dəstəkli olmaqla növbəti komanda-qərargah təlimi keçirilir.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin 100 nəfərədək hərbi qulluqçusu ölkəmizə səfərə gəlib.
İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda Ordu quruculuğu və hərb elmi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
İyunun 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərinin gedişini izləyib.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 19-da torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə Müdafiə Nazirliyinin bir qrup nümayəndəsi II Fəxri xiyabanda Milli Qəhrəmanın qəbrini ziyarət edib, məzarı üstünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun hərbi hissələrində tikinti-quruculuq işləri davam etdirilir.