AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində “Solo Türk” və “Türk Ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.
Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupuna daxil olan F-16 tipli təyyarələri ölkəmizə gəlib.
İyunun 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Mənzil İstismar İdarəsinin əsaslı təmir edilmiş yeni inzibati binasının açılışında iştirak ediblər.
Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə keçirilən bir neçə tədbirdə iştirak edib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ordumuz - qürurumuz” adlı kütləvi hərbi-vətənpərvərlik tədbiri keçirilib.
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə iyunun 23-də saat 17:00-dan 21:00-dək Dənizkənarı Milli Parkda (Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yanındakı geniş meydanda) Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edəcəkdir.
İyunun 22-də Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü qeyd olunur.
Ali Baş Komandan İlham ƏLİYEV:
İyunun 21-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində iştirak edib.