AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il iyulun 2-dək 92.125.615,88 AZN, 213.577,88 ABŞ dolları, 11636,0 avro və 5000,0 rubl vəsait daxil olub.
İyunun 30-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Günnüt zəfəri2018-ci ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib...davamıBuraxılış gününün xoş anlarıCəmşid Naxçıvanski adına Hərbi Liseydə 2017-2018-ci tədris ilinin başa çatması münasibəti ilə mərasim keçirildi.
2018-ci ilin hazırlıq planına əsasən Naviqasiya və Kartoqrafiya İdarəsində topogeodeziya təminatının təşkili və hidroqrafiya işi üzrə ixtisaslı zabitlərlə toplantı keçirilib.
İyunun 28-də Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi məzunlarının buraxılış mərasimi keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.