AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərinin planına əsasən döyüş təyyarələri verilmiş hündürlükdə marşrut üzrə birgə uçuşlar yerinə yetiriblər.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Müdafiə Nazirliyinin İkitərəfli Əməkdaşlıq və Regional Təşəbbüslər İdarəsinin rəisi xanım Daniela Qriqorovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2018-ci ilə dair birgə fəaliyyət planına əsasən, Hərbi Dəniz Qüvvələrində gənc matroslarla görüş keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 12-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Sentyabrın 13-də İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Cəbhədən cəbhəyəYayın yay günü yel gah əsir, gah kəsir...
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 12-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, eləcə də Müdafiə Nazirliyinin nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.
“TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.
“Gücümüzü xalqımızın inamından alırıq”Xalq və ordu birliyi müstəqil Azərbaycan dövlətinin, güclü və qüdrətli ölkəmizin regionda aparıcı söz sahibinə çevrilməsində xüsusi əhəmiyyət kəsb edir.