AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarış başa çatıb.
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2018-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.
“Amalımız Vətəni qorumaqdır”Azərbaycan hər zaman igid oğulları ilə fərqlənən məmləkət olub və bu proses günümüzədək davam edir.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokoluna əsasən, Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının nümayəndə heyəti Bakıda səfərdədir.
Azərbaycan-Pakistan İşçi qrupu səviyyəli görüşün Protokoluna əsasən, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Bakıda təşkil olunan “Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr üzrə təcrübə mübadiləsi”ndə iştirak edir.
Azərbaycan Ordusunda “NATO günləri” tədbiri keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il oktyabrın 1-dək 94.005.457,49 AZN, 213.577,88 ABŞ dolları, 12736,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlar oktyabrın 1-dən 22-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Sentyabrın 29-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbərliyi, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirlərinin və digər məsul zabitlərin cəlb olunması ilə geniş tərkibdə xidməti müşavirə keçirib.