Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2018 17:43

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış başa çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda  “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarış başa çatıb.
Yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb, heyətlərin bilik və bacarıqları artırılıb, döyüş vərdişləri təkmilləşdirilib. Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirib, eləcə də verilən tapşırıqlar dəqiq, vaxtında və düzgün icra olunub.
Yekunda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyənləşib. Komissiya heyətinin yekun nəticələrinə əsasən, birinci yerə “Beyləqan” komandası, ikinci yerə “Bərdə” komandası, üçüncü yerə “Şəmkir” komandası layiq görülüb.