AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çex Respublikasına səfəri çərçivəsində bu ölkənin Müdafiə, Daxili İşlər, Xarici İşlər nazirlikləri, Silahlı Qüvvələrin Baş Qərargahı, NATO qərargahı, Avropa Müdafiə Agentliyi və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir.
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq keçirilən Hava hücumundan müdafiə (HHM) bölmələrinin taktiki təlimlərində “İQLA” daşınan zenit-raket komplekslərindən döyüş atışları icra edilib.
Çex Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir.
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Hava hücumundan müdafiə (HHM) bölmələrinin taktiki təlimləri keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 18 oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.
Ordumuz - gücümüz, qüdrətimizOrdu anlayışı bir millət olaraq bütün mənasıyla bizim düşüncəmizdə həmişə yaşayıb, varlığımızda həmişə var olub; bu hiss, bu duyğu tərbiyəmizdə, inkişafımızda, sağlam böyüməyimizdə və gələcəyə hazır olmağımızda çox gərəkli işlər görüb, indi də görməkdədir...davamı“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmişdir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində elmi və elmi-pedaqoji kadrların hazırlanması haqqında Təlimat”-ın tələblərinə uyğun olaraq oktyabrın 16-da Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul prosesi həyata keçirilib.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı fəaliyyət göstərdiyi 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biridir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən naviqasiya və kartoqrafiya təyinatlı “N” hərbi hissəsinin döyüş hazırlığının yoxlanılması məqsədilə təlim keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 16-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.