AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
Tədris ilinin başlanması münasibətilə hərbi kadrların hazırlanmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların andiçmə mərasimləri keçirilib.
Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib.
Güclü əsgər - güclü ordu Bu gün müasir standartlara cavab verən əsgər yataqxanaları, yeməkxana, camaşırxana kompleksləri və digər müasir avadanlıqlarla təchiz olunmuş hərbi hissələr istifadəyə verilir...davamı 15 sentyabr - Zəfər tarixi1918-ci ildə öz müstəqilliyini elan etməsi ərəfəsində Azərbaycanda mürəkkəb və təhlükəli hərbi-siyasi şərait mövcud idi.
Ermənistan cəbhə xəttində mülki əhaliyə qarşı təxribat törədib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Sentyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərinin planına əsasən döyüş təyyarələri verilmiş hündürlükdə marşrut üzrə birgə uçuşlar yerinə yetiriblər.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Müdafiə Nazirliyinin İkitərəfli Əməkdaşlıq və Regional Təşəbbüslər İdarəsinin rəisi xanım Daniela Qriqorovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.