Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib 9 Yanvar 2019 12:57

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2018-ci ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək 9 Yanvar 2019 11:40

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda silsilə tədbirlərin icrası ilə əlaqədar tapşırıq verib.

"Azərbaycan Ordusu" qəzeti 9 yanvar 2019-cu il №2 (2319) 9 Yanvar 2019 11:30

Bu həsrətin son nəfəsi - Qələbə!..Ön xətdə, döyüş növbətçiliyi aparan əsgərlərin döyüş ruhunu görürsən, qələbə əzmini görürsən, mənəvi-psixoloji hazırlığını görürsən, bir daha əmin olursan ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir; əsgərlərin əhatəsində ruhun da əsgərləşir...davamıHeydər Əliyev irsi və azərbaycançılıq ideologiyasıAzərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının ulu öndəri, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Müdafiə naziri: “Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir” 5 Yanvar 2019 12:57

Ordumuz hər an döyüş əməliyyatlarına hazır olmalıdır.

"Azərbaycan Ordusu" qəzeti 5 yanvar 2019-cu il №1 (2318) 5 Yanvar 2019 10:30

Böyük Qələbə arzusuyla xidmət edirikOrdu müqəddəs Vətənin qoruyucusu kimi şərəfli bir vəzifəni həyata keçirir.

On minədək hərbi qulluqçu övladı bayram şənliklərində iştirak edib 2 Yanvar 2019 12:27

Müdafiə nazirinin tapşırığına əsasən bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri keçirilib.

Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş mərasim keçirilib 2 Yanvar 2019 11:20

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir.

Yanvarın 2-dək Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait 2 Yanvar 2019 10:13

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il yanvarın 2-dək 96.449.530,00 AZN, 213.577,88 ABŞ dolları, 15.136,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Dövlət-xalq-ordu birliyi milli həmrəyliyin bəhrəsidir - VIDEO 31 Dekabr 2018 20:25

Gərməçataq və Buzqov kəndlərindəki hərbi hissələr üçün yeni əsgəri-məişət kompleksləri istifadəyə verilib.Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə tədbirlər keçirilib 31 Dekabr 2018 16:05

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində tədbirlər keçirilib.