Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2019 13:02

“Hərbi aşpaz hazırlığı kursu”nu bitirən məzunlara sertifikatlar təqdim edilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün fəaliyyət planına əsasən, “Hərbi aşpaz hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılışı mərasimi keçirilib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki işçilərin iştirakı ilə keçirilən kursun əsas məqsədi birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini artırmaqdır.
Hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsi, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunması və digər mövzular üzrə dərslər keçirilib.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara və mülki işçilərə sertifikatlar təqdim edilib.