Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib - VİDEO 13 Yanvar 2020 23:59

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Tabor komandirlərinin toplantısı keçirilir 13 Yanvar 2020 11:52

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilir.

Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib 13 Yanvar 2020 10:56

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində 2019-cu ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.

Müdafiə naziri: “Azərbaycan Ordusunun sərəncamında olan silahlar düşmən üzərində qələbəni tam təmin etməyə imkan verir” 11 Yanvar 2020 13:38

Yanvarın 11-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

"Azərbaycan Ordusu" qəzeti №2 (2420) 11 Yanvar 2020 10:51

“Azərbaycan əsgərinin ruhu Vətən sevgisidir”Yol gedirik...

Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışı olub - VİDEO 11 Yanvar 2020 10:10

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissə və obyektlərdə tikinti işləri davam etdirilir.

Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub 10 Yanvar 2020 14:57

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov ilə görüşüb.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək 9 Yanvar 2020 16:16

Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyində tədbirlər planı təsdiq edilib.

Heydər Əliyev adına AAHM-də müəllimlərə sertifikatlar təqdim edilib 8 Yanvar 2020 18:12

Müdafiə nazirinin tapşırığına əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil edilmiş ixtisasartırma kursunu müvəffəqiyyətlə bitirən xüsusi təyinatlı təhsil müəssisələrinin müəllimlərinə sertifikatların təqdimetmə mərasimi keçirilib.

Azərbaycan Ordusunda hərbi xidmətin nüfuzunun yüksəldilməsi üzrə qurumlararası birgə tədbirlər planı imzalanıb 8 Yanvar 2020 12:58

Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-2023-cü illər üçün “Cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Azərbaycan Ordusunda hərbi xidmətin nüfuzunun yüksəldilməsi üzrə” birgə tədbirlər planını imzalayıb.