Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi birlikdə komandir müavinləri ilə seminar keçirilib 22 May 2019 14:03

Təsdiq edilmiş döyüş hazırlığı planına əsasən hərbi birliyin tabeliyində olan hərbi hissə, tabor və bölük komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin iştirakı ilə “Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulmasında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin rolu” mövzusunda seminar keçirilib.

Əməliyyat-taktiki təlimləri çərçivəsində səhra şəraitində təminat məntəqələri yaradılıb - VİDEO 22 May 2019 13:31

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində poliqonlarda səhra şəraitində yaradılan təminat məntəqələrində fəaliyyətlər davam edir.

Monitorinq insidentsiz başa çatıb 22 May 2019 12:21

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 22-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Hərbi hissədə görüş keçirilib 22 May 2019 11:56

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin rəhbərliyi ilə bir qrup müharibə veteranı, şəhid ailələrinin üzvləri və ictimaiyyətin nümayəndələri cəbhəboyu zonada yerləşən N saylı hərbi hissəni ziyarət edib.

Ombudsman aparatı nümayəndələri döyüş bölgəsində yerləşən hərbi hissədə olublar 22 May 2019 11:36

Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) birgə təsdiq etdikləri plana əsasən “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

"Azərbaycan Ordusu" qəzeti 22 may 2019-cu il №39 (2356) 22 May 2019 10:02

“Ordumuzun qüdrəti əsgərin gücü deməkdir”Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ordu gəncləri ilə görüşlərində bildirirdi ki, əsgərin gücü onun vətənpərvərliyindədir.

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək 22 May 2019 09:20

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izləyib və tapşırıqların icrası ilə bağlı vəzifəli şəxlərin məruzələrini dinləyib - VİDEO 21 May 2019 19:34

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim məntəqələrinə baş çəkib.

Şəhid Adil Tatarovun il mərasimi keçirilib 21 May 2019 18:27

Bir il əvvəl şanlı hərb tariximizə Günnüt zəfəri kimi yazılmış əməliyyat zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarovun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində il mərasimi keçirilib.

Təlimlərdə qoşunların yerdəyişməsi və qüvvələrin ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub - VİDEO 21 May 2019 12:27

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin rəhbərinin qəbul etdiyi qərara əsasən qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqinə hazır olması, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub.