Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə naziri komanda idarəetmə məntəqəsinin açılışında iştirak edib 14 Dekabr 2018 15:48

Dekabrın 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti nazirliyin baş idarələrindən birinin istifadəyə verilən komanda idarəetmə məntəqəsinin açılışında iştirak ediblər.

Sloveniyada Mehdi Hüseynzadənin 100 illik yubileyi münasibətilə tədbirlər keçirilir 13 Dekabr 2018 23:20

Azərbaycanın igid oğlu, Sovet İttifaqı və Sloveniya qəhrəmanı Mehdi (Mixaylo) Hüseynzadənin (1918-1944) anadan olmasının 100 illik yubileyi münasibətilə onun azadlığı uğrunda vuruşduğu Sloveniyada silsilə tədbirlər keçirilir.

Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb 13 Dekabr 2018 19:21

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Müdafiə naziri NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb 13 Dekabr 2018 17:03

Dekabrın 13-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin rəisi general-leytenant Kris Uaytkross ilə görüşüb.

NATO Müdafiə Kollecinin nümayəndə heyəti ölkəmizdə səfərdədir 13 Dekabr 2018 12:57

Roma (İtaliya Respublikası) şəhərində yerləşən NATO Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri başlayıb.

Monitorinq insidentsiz başa çatıb 13 Dekabr 2018 12:38

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib 12 Dekabr 2018 19:39

General-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib.

Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub 12 Dekabr 2018 15:42

Dekabrın 12-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO 12 Dekabr 2018 14:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin şəxsi heyəti Ümummilli Liderin xatirəsini yad edib 12 Dekabr 2018 12:30

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib.