Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2020 19:01

HDQ-də Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə “N” hərbi hissənin şəxsi heyəti, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edib.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım, təcavüzkarlıq siyasəti, SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğının acı nəticələri, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri qətliam, amansızlıq və vəhşiliyin təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı olduğu bir daha vurğulanıb.
Sonda tədbir iştirakçılarına xalqımızın faciəvi tarixini əks etdirən fotoşəkillərdən ibarət sərgi və sənədli film nümayiş etdirilib.