Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"Azərbaycan Ordusu" qəzeti 20 aprel 2019-cu il №30 (2347) 20 Aprel 2019 11:28

Ümummilli lider Heydər ƏLİYEV:

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli birgə tibb təlimində iştirak edib 19 Aprel 2019 16:53

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun Hərbi Tibb Mükəmməliyyət Mərkəzi və Rumıniya Milli Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Vigorous Warrior - 2019” çoxmillətli birgə tibb təlimində iştirak edib.

Məhkəmə nümayəndələri hərbi dənizçilərlə görüşüblər 19 Aprel 2019 16:05

Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən Bakı Hərbi Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsinin nümayəndələri şəxsi heyətin hüquqi maarifləndirilməsi məqsədilə Hərbi Dəniz Qüvvələrində görüşlər keçirib.

Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib - VİDEO 19 Aprel 2019 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində həyata keçirilən idarəetmə sisteminin təkmilləşdirilməsi və yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.

Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir - VİDEO 18 Aprel 2019 19:50

Aprelin 18-də Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının uzlaşdırılmış plan üzrə kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Türkiyədə bir sıra görüşlərdə iştirak edib 18 Aprel 2019 13:18

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri arasında keçirilən dostluq idman yarışları ilə əlaqədar Türkiyədə səfərdə olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov bu ölkənin Baş Qərargahının rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı ordu generalı Ümit Dündar və Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin rəisi general İsmayıl Güzəllər ilə görüşüb.

NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru Hərbi Akademiyada olub 18 Aprel 2019 12:50

Ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yan Broeks öncə şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyub.

Raket və artilleriya bölmələri döyüş atışları icra edib - VİDEO 18 Aprel 2019 10:25

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.

Müdafiə naziri NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru ilə görüşüb 17 Aprel 2019 16:17

Aprelin 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yan Broeksin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Monitorinq insidentsiz başa çatıb 17 Aprel 2019 12:39

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.