Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərbi qulluqçuların ehtiyata buraxılmasına həsr olunmuş təntənəli mərasim keçirilib 2 İyul 2019 15:29

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir.

Azərbaycan Ali Hərbi Məktəbində milli-mənəvi dəyərlərimizin təbliği mövzusunda tədbir keçirilib 2 İyul 2019 12:45

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərin təbliği” mövzusunda tədbir keçirilib.

Naxçıvan Qarnizonunda növbəti kursların başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib - VİDEO 1 İyul 2019 19:40

Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.

Azərbaycanın Müdafiə naziri Belarusa səfər edəcək 1 İyul 2019 17:27

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə 1 İyul 2019 13:22

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər avqustun 1-dən 20-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

İyulun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 İyul 2019 12:41

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il iyulun 1-dək 100.742.334,19 AZN, 213.577,88 ABŞ dolları, 16.936,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Şəhid Elşən Xəlilovun təltif olunduğu medalı ailəsinə təqdim edilib 29 İyun 2019 17:39

Tərtər rayonu istiqamətində Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini kobud surətdə pozaraq təxribat törətməsi nəticəsində iyun ayının əvvəlində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəlilov Elşən Vüqar oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı bu gün şəhidin ailəsinə təqdim edilib.

"Azərbaycan Ordusu" qəzeti 29 iyun 2019-cu il №50 (2367) 29 İyun 2019 10:15

Ordumuz-qürurumuz Dövlətin özünü də, dövlətçiliyi də ordusu qoruyur.

Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcək 28 İyun 2019 09:57

Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir.

Hərbi Orkestrin konserti olub 27 İyun 2019 16:15

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Əlahiddə Ümumqoşun Ordunun Nümunəvi Hərbi Orkestrinin konserti olub.