AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunda başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarında davam edir.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində mədəni-kütləvi tədbir təşkil olunub.
Fevralın 9-da kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının hərbi hissələrinə səfəri təşkil olunub.
Yeni yaradılan hərbi hissələrə döyüş bayraqları təqdim edilibFevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Vətən müharibəsi iştirakçıları ilə görüşüb, yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.
Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, fevralın 7-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin nümayəndə heyəti və bir qrup hərbi qulluqçu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.