Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Hərb Oyunları Mərkəzində komanda-qərargah təlimi keçirilir - VİDEO 30 Avqust 2019 16:42

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində əməliyyat toplanışı keçirilib 30 Avqust 2019 13:14

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan Ordusunun qoşun növləri və birliklərinin qərargah rəisləri, həmçinin Müdafiə Nazirliyinin baş idarə və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin müavinlərinin iştirakı ilə əməliyyat toplanışı keçirilib.

Şəhid ailələri və övladları üçün gəzinti təşkil olunub 30 Avqust 2019 12:30

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, “Şəhid Övladlarına və Kimsəsiz Uşaqlara Yardım” İctimai Birliyinin və Zirə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bir qrup şəhid ailəsi və onların övladları üçün gəzinti təşkil olunub.

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərlə seminar keçirilib 30 Avqust 2019 10:23

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərlə seminar keçirilib.

Gənc kursantların çöl çıxışları başlayıb - VİDEO 29 Avqust 2019 17:52

Gənc kursantların hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışları başlayıb.

“Eternity-2019” təlimində iştirak edəcək Türkiyə və Gürcüstan hərbi qulluqçuları Bakıya gəlib 29 Avqust 2019 13:02

Sentyabrın 2-dən ölkəmizdə keçiriləcək “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimində iştirak etmək üçün Azərbaycana gələn Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.

“TurAz Qartalı-2019” təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin nümayəndələri ölkəmizə gəlib - VİDEO 29 Avqust 2019 11:28

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 28 Avqust 2019 21:00

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ 2019-CU İL OKTYABRIN 1-DƏN 30-DƏK MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILMASI VƏ MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏT HƏRBİ QULLUQÇULARININ EHTİYATA BURAXILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:1.

“Hərbiyyə - 2019” layihəsi uğurla davam etdirilir 28 Avqust 2019 20:56

Müdafiə Nazirliyi, “ASAN xidmət”, Gədəbəy rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Cavad xan Tarix və Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Hərbiyyə - 2019” layihəsi uğurla davam etdirilir.

Azərbaycanın hərbi orkestri “Spasskaya başnya” beynəlxalq hərbi-musiqi festivalında çıxışlarını davam etdirir - VİDEO 28 Avqust 2019 18:29

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı Moskvada keçirilən XII beynəlxalq hərbi-musiqi festivalında çıxışlarını davam etdirirlər.