Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Həftəlik icmal (27.09.2026 - 04.10.2026) - VİDEO 4 Oktyabr 2026 20:28

"Azərbaycan Ordusu" qəzeti № 69 (3071) 3 Oktyabr 2026 12:01

3 oktyabr 1993-cü il:

“Ordunun Səsi Radiosu" — bir il sizinlə... 3 Oktyabr 2026 10:47

“Ordunun Səsi Radiosu" 2024-cü ildə — Zəfər Günündə 44 dəqiqəlik verilişlə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin 105 FM dalğasında yayımlanaraq radio olmaq yolunda ilk addımlarını atmağa başladı.

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib 2 Oktyabr 2026 16:38

Oktyabrın 2-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət etmək məqsədilə ölkəmizə gəlmiş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyinin nümayəndəsi Beynəlxalq təhlükəsizlik məsələləri və Müharibə siyasəti üzrə ABŞ müdafiə nazirinin müavininin ofisinin rəhbəri Qreq Soyerlə görüşüb.Baş direktor A.Qurbanov görüşdə ölkəmizin ABŞ dövləti ilə bütün sahələrdə olduğu kimi hərbi quruculuq məsələlərində əməkdaşlığa önəm verdiyini, həmçinin hərbi qulluqçularımızın sülhməramlı əməliyyatlarda uğurlu iştirakını qeyd edib.

Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər 2 Oktyabr 2026 15:58

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət edib.

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib - VİDEO 2 Oktyabr 2026 12:29

Şuşa şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri cənab İrakli Çikovani arasında 13-cü üçtərəfli görüş keçirilib.

Şuşada Azərbaycan-Türkiyə müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib 2 Oktyabr 2026 10:33

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 2-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.

Şuşada Azərbaycan-Gürcüstan müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər 2 Oktyabr 2026 10:29

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri cənab İrakli Çikovani ölkəmizdə rəsmi səfərdədir.Oktyabrın 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində gürcüstanlı həmkarı ilə görüşüb.

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb - VİDEO 1 Oktyabr 2026 23:14

Qarabağ iqtisadi rayonundakı "Qızılqaya" və Naxçıvan Muxtar Respublikasındakı "Qarabağlar" Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminə "Yüksək Səviyyəli Müşahidəçi Günü" başa çatdıqdan sonra yekun vurulub.

Baş direktor “ADEX 2026” sərgisində bir sıra görüşlər keçirib 1 Oktyabr 2026 21:29

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov oktyabrın 1-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı ordu admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Rafet Dalkıran ilə birlikdə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib.