Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

"Azərbaycan Ordusu" qəzeti № 24 (2835) 3 Aprel 2024 19:53

Aprel zəfəri - Böyük Qələbəyə aparan yolAzərbaycan Ordusunun Aprel zəfərindən artıq 8 il ötür.

"N" hərbi hissəsində hərbi qulluqçu və mülki işçilərlə görüş keçirilib 3 Aprel 2024 19:03

2024-cü ilin hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri "N" hərbi hissəsində olub, hərbi qulluqçu və mülki işçilərlə görüş keçiriblər.

HDQ-nin imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir 3 Aprel 2024 18:31

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) imkan və qabiliyyətinin inkişafı üzrə konfrans keçirilir.

Aprel döyüşləri Azərbaycan Ordusunun qələbə əzmini bütün dünyaya göstərdi 2 Aprel 2024 17:17

Azərbaycan Ordusunun 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı - Aprel döyüşlərindən 8 il ötür.

Azərbaycanın müdafiə naziri Türkiyə Prezident Administrasiyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb 2 Aprel 2024 16:45

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Prezident İlham Əliyev Türkiyə Prezident Administrasiyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib 2 Aprel 2024 15:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ƏÜO-da “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib - VİDEO 2 Aprel 2024 10:07

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü ilin döyüş hazırlığı planına əsasən, “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub 2 Aprel 2024 08:53

Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ermənistan Azərbaycan ilə şərti sərhəddə qoşunlarını cəmləşdirməyə və hücum xarakterli dayaq məntəqələrini qurmağa davam edir - VİDEO 1 Aprel 2024 18:21

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.

Milli Qəhrəman Şükür Həmidovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib 1 Aprel 2024 13:20

İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, İkinci Qarabağ müharibəsi şəhidi polkovnik Şükür Həmidovun doğum günü münasibətilə anım mərasimi keçirilib.