AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Zəfər hərbi təbabətimizin də Zəfəridir2020-ci ilin 27 sentyabrı xalqımızın yaddaşında böyük Qələbəyə - Zəfərə aparan yolun başlanğıc tarixi kimi qalacaq.
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin 14 oktyabr gecədən başlayan taktiki-xüsusi təlimi çətin keçidli dağ və qayalıq ərazilərdə gecə şəraitində davam edir.
Oktyabrın 21-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Ramiz Vaqif oğlu Qasımovun şəhidliyinin birinci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən övladlarımızı tanımaq və tanıtmaq məqsədilə “Şəhidlər ölməz - Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində Vətən Müharibəsində şəhid olan Mürsəl Kazımlı, Məzdək Eyvazlı, Teymur Zeynalov və Mixail Həmidovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Azәrbaycan Respublikası Müdafiə Nazirliyinin tәşkilatçılığı ilə Silahlı Qüvvәlәrinin Hәrbi Akademiyasında “2-ci Qarabağ müharibəsi, yeni nəsil müharibə kimi” mövzusunda “Zoom” platforması üzәrindәn onlayn beynәlxalq elmi-praktik konfrans başlayıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından oktyabrın 21-dək dəfn edilən 2908 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 6 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində dislokasiya olunan hərbi hissələrin qışa hazırlığını yoxlayıb.
Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Əlahiddə Ümumqoşun Orduya Naxçıvan Qarnizonu üzrə hərbi hissələrdə qış mövsümü üçün tələb olunan geyim, yanacaq və ərzaq ehtiyatının yaradılmasının vaxtında başa çatdırılması ilə bağlı müvafiq tapşırıq verilib.