Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Yaşayış məntəqələrimiz atəşə tutulur 5 Oktyabr 2020 11:40

Təcili Hazırda Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

Şəhərlərimiz atəşə tutulur 5 Oktyabr 2020 10:57

Hazırda Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

Müdafiə Nazirliyi: “Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur” 5 Oktyabr 2020 10:24

Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.

Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub - VİDEO 5 Oktyabr 2020 10:15

Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.

Düşmən Mingəçevir və Tərtəri atəşə tutub 4 Oktyabr 2020 22:40

Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib, yaralananlar var.

Təbliğat-təşviqat işi cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən də rəğbətlə qarşılanır - VİDEO 4 Oktyabr 2020 21:15

Döyüş əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində təbliğat-təşviqat işinin rolu danılmazdır.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib - VİDEO 4 Oktyabr 2020 20:25

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Azərbaycan Ordusunun şəxsi heyəti humanitar hüquq normalarına riayət edir 4 Oktyabr 2020 20:23

Azərbaycan Ordusunun hərbi qulluqçuları döyüş əməliyyatları aparılan ərazilərdə “Beynəlxalq silahlı münaqişə tərəflərinin hörmət etməli olduqları beynəlxalq humanitar hüquq normalarına dair Memorandum”un tələblərinə uyğun fəaliyyət göstərir.

Düşməndən xeyli sayda qənimət götürülüb - VİDEO 4 Oktyabr 2020 19:22

Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb.

Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb - VİDEO 4 Oktyabr 2020 18:13

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.