AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən müharibəsinin birinci ildönümü münasibətilə Müdafiə Nazirliyi, "YAŞAT" Fondu, Bakı şəhər İcra Hakimiyyəti və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda təşkil olunan "Zəfər yarmarkası" paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olub.
Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusunun, "Qartal" Dağçılıq İdman Klubunun alpinistlərinin və "Baku.TV"-nin əməkdaşlarının iştirakı ilə Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Dəmir yumruq” ekspedisiyası keçirilib.
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi Heydər Əliyev Mərkəzində Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxış edib.
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı başa çatıb.
Noyabrın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb.
Vətən müharibəsində qazandığımız tarixi Zəfərin ildönümü ərəfəsində Müdafiə Nazirliyi və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda “Zəfər bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri keçirilib.
Zəfər Günü münasibətilə Xüsusi Təyinatlı Qüvvələrdə veteranlar və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların ailələri ilə görüş keçirilib.