Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2021 12:53

"Zəfər yarmarkası" böyük maraqla qarşılanır - VİDEO

Vətən müharibəsinin birinci ildönümü münasibətilə Müdafiə Nazirliyi, "YAŞAT" Fondu, Bakı şəhər İcra Hakimiyyəti və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda təşkil olunan "Zəfər yarmarkası" paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının böyük marağına səbəb olub.
Yarmarkada nümayiş etdirilən Azərbaycan Ordusunun silahlanmasında olan bir sıra silah, texnika və PUA nümunələri, eləcə də müxtəlif təminat növləri barədə hərbi qulluqçularımız tərəfindən ətraflı məlumatlar verilir.
Həmçinin Müdafiə Nazirliyinin hərbi orkestrlərinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin, respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə vətənpərvərlik ruhunda musiqi nömrələri və maraqlı çıxışlar təqdim olunur.
Eyni zamanda, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi təşkilatçılığı ilə "Əsgərə məktub" layihəsi "Zəfər yarmarkası"nda təşkil olunub. Paytaxt sakinlərinin Vətənimizin keşiyində dayanan qalib Azərbaycan əsgərinə böyük qürur hissi ilə yazdıqları məktublar işğaldan azad olunan ərazilərimizdə xidmət edən əsgərlərimizə çatdırılacaq.