AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib.
İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən yolların daima işlək vəziyyətdə qalması, qar örtüyündən təmizlənilməsi, eləcə də dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan əsgər Sərxan Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edir.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən əsgərlərlə növbəti görüş keçirilibİllik fəaliyyət planına əsasən, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən hərbi hissələrdə keçirilən təbliğat-təşviqat işləri və mədəni-kütləvi tədbirlər davam edir...davamı "Azərbaycan Ordusu" qəzetinin tam variantı
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial problemlərinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə köməkliklərin göstərilməsinə dair tədbirlər keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2022-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib.
Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidməti və yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.