Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur 4 Noyabr 2020 09:10

- TƏCİLİ - Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

Cəbhədə noyabrın 4-nə olan son vəziyyət 4 Noyabr 2020 07:40

Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 3 Noyabr 2020 23:20

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək 198.013.034,48 AZN, 10.996.105,84 ABŞ dolları, 165.596,19 avro, 495.521,33 türk lirəsi, 1.294,72 ingilis funt sterlinqi və 5.062.550,00 rubl vəsait daxil olub.

Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO 3 Noyabr 2020 22:55

Noyabrın 3-ü günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin üç ədəd topu məhv edilib.

Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları məhv edilib - VİDEO 3 Noyabr 2020 20:02

Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutur 3 Noyabr 2020 15:43

- TƏCİLİ - Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutur.

Düşmən ağır itkilərə məruz qalıb - VİDEO 3 Noyabr 2020 15:19

Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

Düşmənin növbəti sursat anbarları məhv edilib - VİDEO 3 Noyabr 2020 14:40

Bu gün bölmələrimizin gördüyü tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarı məhv edilib.

Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib 3 Noyabr 2020 13:46

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

Düşmən Füzulini “Smerç” ilə atəşə tutur 3 Noyabr 2020 12:20

- TƏCİLİ - Ermənistan silahlı Qüvvələri Füzuli şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur.