Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Milli Qəhrəman Albert Aqarunovun anım mərasimi keçirilib 25 Aprel 2022 16:38

Aprelin 25-də Müdafiə Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Tankçı Veteranlar İctimai Birliyinin və Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsində şəhid olan yəhudi əsilli tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin dəstəyi ilə təşkil edilən ekskursiya məktəblilərin böyük marağına səbəb olub - VİDEO 24 Aprel 2022 15:50

Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin şagirdləri Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət ediblər.

Həftəlik icmal (17.04.2022 - 24.04.2022) - VİDEO 24 Aprel 2022 13:37

Tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib 24 Aprel 2022 11:56

Quru Qoşunlarının N hərbi hissəsində 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.

"Azərbaycan Ordusu" qəzeti № 31 (2642) 23 Aprel 2022 11:57

Azərbaycan Tibb Universitetinin şəhid məzunlarının xatirəsinə ucaldılan abidənin açılışı olduAzərbaycan Tibb Unuversitetində Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən universitetin şəhid məzunlarının xatirəsinə ucaldılan möhtəşəm abidənin açılış mərasimi keçirildi...davamıVətən müqəddəsdir və onu qorumaq ən şərəfli vəzifədir"N" hərbi hissəsində təlim zamanı həm komandirləri, həm də xidmət etdiyi bölmənin şəxsi heyəti tərəfindən xoş sözlərini eşitdiyim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Adil Quliyevlə tanış oldum.

"Ən yaxşı qumbaraatan heyəti" adı uğrunda yarışlar keçirilib - VİDEO 22 Aprel 2022 11:31

Quru Qoşunlarının 2022-ci tədris ilinin hazırlıq planına əsasən “Ən yaxşı SPQ-9 və AQS-17 (AQS-30) heyəti” adı uğrunda yarışlar keçirilib.

“Cəmşid Naxçıvanski adına hərbi lisey günü” təntənə ilə qeyd edilib 20 Aprel 2022 12:33

Cəmşid Naxçıvanski adına hərbi liseyin yarandığı gün şəxsi heyətin yay tətilinə təsadüf etdiyindən hərbi lisey gününün nə vaxt qeyd edilməsi həmişə problemlər yaradırdı.

"Azərbaycan Ordusu" qəzeti № 30 (2641) 20 Aprel 2022 12:00

“Layiqli vətəndaş olmağın təməli Vətən sevgisidir”Artilleriya qurğularının dünya ordularının arsenalında özünəməxsus yeri var - dəqiq artilleriya zərbələri döyüşün gedişini dəyişmək iqtidarındadır.

Dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaq istəyən ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların nəzərinə 20 Aprel 2022 10:21

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq xidmət müddətində məhkumluğu aşkar edilmiş ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaları üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:- Dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma barədə ərizə;- Hərbi qulluqçu barədə çıxarılmış məhkəmə hökmü (əsli və ya notarial təsdiqi);- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya üzərindən götürülməsi barədə arayış (əsli və ya notarial təsdiqi).

Kəngərlidən pərvazlanıb, Qızıllı Kəngərlidə şəhidlik zirvəsinə ucalan tankçının xatirəsi anılıb 19 Aprel 2022 18:55

19 aprel Cəmşid Naxçıvanski adına hərbi lisey günü ərəfəsində Ağdam rayonunun işğaldan azad olunan Qızıllı Kəngərli kəndində şəhid zabit Əhməd Suliddin oğlu Mehbalıyevin xatirəsinə həsr edilən tədbir keçirilib.