Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Bakıda NATO-nun təlim kursu keçirilir 9 Oktyabr 2026 12:10

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təliminin açılış mərasimi keçirilib.

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb 8 Oktyabr 2026 14:18

2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub 8 Oktyabr 2026 09:58

Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Litva Respublikasının General Conas Zemaitis adına Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

"Azərbaycan Ordusu" qəzeti № 70 (3072) 7 Oktyabr 2026 19:00

Birliyin gücü döyüş meydanındaAzərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təlimi qarşılıqlı fəaliyyət, döyüş hazırlığı və səhra təminatının vəhdəti ilə yadda qaldı...davamıQarşıya qoyduqları məqsəd birdir - seçdikləri peşənin layiqli nümayəndəsi olmaqHərbi peşə öz mahiyyətinə görə xüsusi məsuliyyət tələb edir.

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib 6 Oktyabr 2026 20:52

Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT) tərəfindən keçirilən “Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi təşkil olunub.

Özbəkistanda "Sonsuz qardaşlıq - V" təlimi keçirilib 6 Oktyabr 2026 17:05

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq – V" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbirləri keçirilib 5 Oktyabr 2026 20:36

Beynəlxalq Müəllimlər Günü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbirləri keçirilib.

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib 5 Oktyabr 2026 18:30

​Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri arasında görüş keçirilib.

Hərbi qulluqçularımız Pakistanda keçirilən təlimlərdə uğurla iştirak edib 5 Oktyabr 2026 17:27

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimində” iştirak edib.

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirilib - VİDEO 4 Oktyabr 2026 21:27

Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn leytenant Şükürlü Elvin Azad oğlunun əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilib.