Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2026 20:36

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbirləri keçirilib

Beynəlxalq Müəllimlər Günü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbirləri keçirilib. 
Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Beynəlxalq Müəllimlər Gününün yaranma tarixi və Ulu Öndərin müvafiq Sərəncamına əsasən hər il ölkəmizdə bayram kimi qeyd edilməsi barədə tədbir iştirakçılarına məlumat veriblər. 
Bildirilib ki, cəmiyyətin intellektual inkişafında müəllimlərin mövqeyi danılmazdır, məhz buna görə də xalqımız əsrlər boyu bu peşə sahiblərinə xüsusi ehtiram göstərib. Ölkəmizdə müəllimlər daima dövlət qayğısı ilə əhatə olunublar. 
Sonda təhsilin inkişafında fərqlənən bir qrup müəllim heyəti təltif olunub.