Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Erməni təxribatı zamanı Laçın istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib 21 Sentyabr 2022 10:41

Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir.

Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib 20 Sentyabr 2022 18:47

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi kadrların hazırlanması idarəsinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət ediblər.

Qazaxıstan Respublikasının nümayəndə heyəti Milli Müdafiə Universitetində olub 20 Sentyabr 2022 12:17

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin nümayəndə heyəti Milli Müdafiə Universitetində olub.

Laçın rayonu ərazisində erməni təxribatı zamanı basdırılan növbəti minalar zərərsizləşdirilib 20 Sentyabr 2022 09:45

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.

Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilir - VİDEO 19 Sentyabr 2022 17:29

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilir.

Təxribat məqsədilə Laçın rayonu ərazisində basdırılmış minalar aşkar edilib 19 Sentyabr 2022 12:01

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Müdafiə Nazirliyinin rəhbər heyəti şəhidlərimizin dəfn və yas mərasimlərində iştirak edib 18 Sentyabr 2022 15:23

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyinin rəhbər heyəti, digər hərbi qulluqçular və mülki işçilər Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızın dəfn və yas mərasimlərində iştirak edib.

Müdafiə naziri hərbi hospitalda müalicə alan yaralılarla görüşüb - VİDEO 18 Sentyabr 2022 13:20

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən sentyabrın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatı 17 Sentyabr 2022 14:38

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Ermənistan silahlı qüvvələrinin təxribatçıları tərəfindən basdırılan minalar aşkar olunub - VİDEO 17 Sentyabr 2022 11:59

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir.